Türkiyəli müğənni Sibel Canla 10 il evli qaldıqdan sonra boşanan iş adamı Sulhi Aksüt gənc bir xanımla görüntülənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, restoranlardan birinə sevgilisi ilə yollanan Sulhi tez-tez küçəyə çıxıb, siqaret çəkib. Məkandan ayrılmaq üçün qapıya yaxınlaşan cütlük paparassiləri görüb, təəccübünü gizlədə bilməyib. Restorana geri qayıtmaq istəyən Aksüt, daha sonra fikrini dəyişib.
İş adamı Sibel Canla boşandıqdan sonra heç vaxt şəxsi həyatı ilə gündəmə gəlməyib. Şəkilləri çəkildiyi üçün əsəbiləşən Sulhi avtomobilinə oturaraq məkandan uzaqlaşıb. Onun sürət həddini aşması da diqqət çəkib.