Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATƏT ABŞ-dakı seçkiləri tənqid etdi

ATƏT ABŞ-dakı seçkiləri tənqid etdi

Date: 10 November 2016 02:54

Rəsmi Vaşinqtonun ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq, beynəlxalq müşahidəçilərə bütün ştatlarda prezident seçkilərini izləməyə imkan verilməyib.

 

APA-nın məlumatına görə, bu barədə ATƏT-in ABŞ-da keçirilmiş prezident seçkilərinə dair yaydığı bəyanatda deyilir.

 

“Bir çox ştatlar seçkilərə müşahidəni tam şəkildə tənzimləmir, prezident seçkilərinə əcnəbi müşahidəçilərin buraxılması məsələsinə dair qərarları ştatın və yaxud dairənin rəsmiləri verir. ABŞ-ın ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq erkən səsvermə zamanı və noyabrın 8-də beynəlxalq müşahidəçilərə bütün ştatlarda seçki prosesini izləməyə imkan verilməyib”, bəyanatda vurğulanır.

 

ATƏT-in hesablamalarına görə, ölkədə səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb. 

 

ATƏT missiyası həmçinin bildirib ki, mövcud qaydalar prezident postu uğrunda mübarizə aparmaq üçün kiçik partiya nümayəndələri və müstəqil namizədlərə çətinlik yaradır. Məlumata görə, ABŞ-dakı seçkilərə dair yekun məruzə 2-3 aydan sonra dərc ediləcək.


Tags:  ATƏT ABŞ-dakı seçkiləri tənqid etdi


RƏYLƏR


Top news