Baş prokuror: Trampa qarşı istintaq davam etdiriləcək

Baş prokuror: Trampa qarşı istintaq davam etdiriləcək
04:09 10 Noyabr 2016
119 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkun baş prokuroru Erik Şneyderman ABŞ-da keçirilmiş prezident seçkilərində qələbə qazanmış Donald Trampa qarşı  istintaqı davam etdirəcək.

 

APA-nın xəbərinə görə, bu barədə “Politiko” saytı məlumat verib.

 

Məlumata əsasən, söhbət iki istintaq araşdırmasından gedir. Sentyabrda Donald Trampın başçılıq etdiyi xeyriyyə fondunun bir sıra şübhəli sövdələşmə iştirakçısı olduğu məlum olub. 

 

Digər istintaq araşdırmasında milyardçının 2005-ci ildə təsis etdiyi universitetinin adı hallanır. İddiaya görə, tələbələr ödədikləri külli miqdarda pul müqabilində lazımi səviyyədə təhsil ala bilməyiblər.

 

Qeyd edək ki, bundan əvvəllər Tramp ona qarşı olan bütün ittihamları rədd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR