Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki cüdoçumuz dünya reytinqinə başçılıq edir

İki cüdoçumuz dünya reytinqinə başçılıq edir

Date: 10 November 2016 06:14

Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər.

 

Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur.

 

Abu-Dabi "Böyük Dəbilqə" turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci yerdə gedir.

 

Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.


Tags:  İki cüdoçumuz dünya reytinqinə başçılıq edir


RƏYLƏR


Top news