Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Facebook Messenger”də oyun oynamaq mümkün olacaq

“Facebook Messenger”də oyun oynamaq mümkün olacaq

Date: 10 November 2016 08:05

"Facebook" sosial şəbəkəsinin rəhbərliyi bildirib ki, "Messenger"də oyun platforması hazırlayır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Instant Games" əlavəsi asinxron oyunlara əsaslanacaq.

"Facebook" istifadəçilərinə mətn əlavəsinin daxilində bir-biri ilə yarışmaq imkanı verəcək. Tərtibatçılar platformanın asinxron olacağı və real vaxt rejimində istifadəçilərin bir-biri ilə yarışa biləcəyindən başqa heç bir şərh vermirlər.

Proqramın istehsalı ilə "Candy Crush" oyunundan tanınan və məşhur olan "King.com" korporasiyası məşğul olur. "Instant Games"in bu ayın sonunda fəaliyyətə başlaması nəzərdə tutulur. Burada maksimal dərəcədə sadə oyunlar təqdim ediləcək.

Milli.Az


Tags:  Facebook Messengerdə oyun oynamaq mümkün olacaq



RƏYLƏR


Top news