Peyğəmbərimizdən (s) beş əxlaqi tövsiyə

Peyğəmbərimizdən (s) beş əxlaqi tövsiyə
08:27 10 Noyabr 2016
474 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Baqirdən (ə) nəql edirlər ki, Peyğəmbərimiz (s) buyurardı: "Beş şey vardır ki, ölənəcən onu tərk etmərəm: yun paltar geyinməyi, palansız uzunqulağa minməyi, qullarla yemək yeməyi, əllərimlə ayaqqabımı yamamağı və uşaqlara salam verməyi. Məndən sonra sünnətolsun deyə".

 Yəhudi necə müsəlman olur

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Həzrət İmam Musa ibni Cəfər (ə) atası Əmirəl-möminindən (ə) nəql edir: "Bir yəhudinin Peyğəmbərdən (s) alacağı var idi. Gəlib, Peyğəmbərdən (s) pulunu istədi və Peyğəmbər (s) buyurdu: "Pulunu verə bilmirəm". Yəhudi deyir: "Pulumu verməyincə səndən əl çəkməyəcəyəm".
Peyğəmbər (s) buyurur: "Bu zaman mən də sənin yanında oturacağam". Həzrət yəhudinin yanında əyləşir və zöhr, əsr, məğrib və işa namazlarını onun yanında qılır. Peyğəmbərin (s) səhabələri yəhudini qorxutmaq istədilər. Həzrət onlara baxıb buyurdu:"

Onunla nə etmək

istəyirsiniz?" Dedilər: "Ya Rəsullah! Bir yəhudi səni necə öz yanında həbs edə bilər?" Buyurdu: "Allah məni dindar və ya dindar olmayan ümmətə zülm etməyim üçün məbus etməmişdir". Gün sona çatanda yəhudi şəhadətləri deyib, müsəlman oldu. O, dedi: "Sərvətimin bir hissəsini Allah yolunda bağışlayıram, ey Peyğəmbər! Allaha and olsun ki, sənə bu qədər əziyyət vermək istəmirdim. Ancaq bilmək istəyirdim ki, Tövratda yazılan həmin insansan, yoxsa yox? Mən Tövratda sənin haqqında oxumuşam: Muhəmməd ibni Abdullah, doğulduğu yer Məkkə, hicrət etdiyi yer Mədinədir. Kobud, əsəbi və qışqıran deyil, danışığında söyüş işlətməz. Mən Allahın təkliyinə və sənin nübuvvətinə şəhadət verirəm".

Yoxsulla yemək yemək

İmam Sadiq (ə) atalarından nəql edir: "Peyğəmbərin (s) zamanında yoxsullar evləri olmadığına görə gecələri məsciddə qalardılar. Peyğəmbər (s) bir gecə məscidə gəlir və onlarla bir yerdə daş qabın içində iftar edir. Təxminən 30 nəfər həmin yeməkdən yeyirlər və qalan yeməyi də həyat yoldaşlarına qaytarır".

Təvazökarlıq

İbni Abbas deyir: "Peyğəmbər (s) daima torpağın üzərində xalça sərilmədən oturardı. Torpağın üzərində yemək yeyir və qoyunları özü sağardı. Qulların dəvətini qəbul edib, onlarla arpa çörək yeyərdi".
Həzrət İmam Musa ibni Cəfər (ə) Əmirəl-möminindən (ə) nəql edir: "Peyğəmbəri-Əkrəm (s) daima yaxşılıq və ehsan edirdi. Ancaq insanlar yaxşılığına görə təşəkkür etmirdilər. O, qureyşə, ərəb və əcəmə çox yaxşılıq etmişdi. Biz Əhli-beyt (ə) də çox ehsan edən və yaxşı işlər görənik. Bizim də yaxşılığımızın qədrini bilmirlər. Seçilmiş möminlər də bizim kimidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR