“Samsung” ABŞ-ın iri qəzetləri vasitəsilə üzr istədi

“Samsung” ABŞ-ın iri qəzetləri vasitəsilə üzr istədi
08:32 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" korporasiyası ABŞ-ın iri qəzetlərində üzrxahlıqla çıxış edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, korporasiya "The New York Times", "The Wall Street Journal" və "The Washington Post" qəzetləri vasitəsilə alıcılardan üzr istəyib.
 
"Samsung"un Şimali Amerika üzrə bölməsinin rəhbəri Qreqori Li tərəfindən verilən açıqlamada "Galaxy Note 7" smartfonu və paltaryuyan maşınlarla bağlı yaranan problemlərdən danışılır: "Biz həyatı daha yaxşı edən texnologiyalar yaratmaq üçün innovasiyaları inkişaf etdiririk. İşimizin əsas prinsipi yüksək keyfiyyət və təhlükəsizlikdir. Son vaxtlar biz bu prinsipləri yerinə yetirə bilmədik".
 
Qeyd edək ki, Çində "Samsung"un top menecerləri diz üstə çökərək "Galaxy Note 7" qalmaqalına görə müştərilərdən üzr istəyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/487825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR