Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməldə ixlasa nail olmağın ən qısa yolu

Əməldə ixlasa nail olmağın ən qısa yolu

Date: 10 November 2016 08:37

İnsan gərək həmişə və hər bir işdə ali hədəfə malik olsun. Elə işlər dalınca olsun ki, daha çox qalıcıdırlar. Əgər insan bunun üçün çalışsa, yaxşı nəticələrə çatmış olar. O əkinçi ki, buğda yığmaq ümidi ilə toxum səpər, təbiidir ki, buğdadan başqa samandan da bəhrələnəcəkdir. Ancaq o biçarələrin ki, ağlı samandan başqasına çatmır, buğda yığmaqdan qafil olarlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mənəvi məsələlərdə də diqqət etmək lazımdır ki, daha dəyərli və daha qalıcı ləzzətlərə və fəzilətlərə çatmaq olsun. İnsan əgər aqibətini fikirləşirsə, bütün səyləri bu nəticəyə çatmaq üçün olmalıdır. Əlbəttə, insan fitri cəhətdən mənəəfət dalınca getməyi xoşlayır. Həmişə daha çox və qalıcı mənfəətlər dalınca gedir. Ancaq çox hallarda həqiqi, qalıcı və kamil mənfəətləri müəyyən edə bilmir. Bəzən belə fikirləşir ki, dünya işləri onun itirdiyi həmin şeydir. Ona görə də onların dalınca gedir. Vaxtını bu işə sərf edər. Bu zaman özünün yadına salmalıdır ki, daha qalıcı, kamil, ali mənfəətlər - Allah rizasını qazanmaqdır. Həyatın və canının zahiri gözəllikləri yerinə İlahi rizanı qazansın və cavidan olsun. Əgər insan daima bu məsələyə diqqət edərsə, ondan qafil olmazsa, əgər həmişə yadına salarsa ki, İlahi rizanı qazanmaqla həm dünya və həm də axirət səadətinə çata bilər - şübhəsiz, bu ali hədəfinə çatacaqdır. Aşağı dərəcələrə razı olmayacaqdır.

Milli.Az


Tags:  Əməldə ixlasa nail olmağın qısa yolu

RƏYLƏR


Top news