Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Twitter” “Vine” xidmətini satacaq

“Twitter” “Vine” xidmətini satacaq

Date: 10 November 2016 08:42

"Twitter" şirkəti "Vine" video əlavəsini bağlamaq qərarından daşınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət satış barədə xeyli təklif alıb. Hazırda bu təkliflər nəzərdən keçirilir.
 
"Vine" xidmətini almaq üçün "Twitter"ə müraciət edənlər arasında Asiya şirkətləri də var. Onlardan birinin "Line" olduğu bildirilir. Təklif verənlərin siyahısı açıqlanmasa da, potensial alıcılardan biri xidmət üçün 10 milyon dollar təklif edib.  
 
Xatırladaq ki, maliyyə çətinlikləri ilə əlaqədar "Twitter"in yaxın aylarda "Vine" mobil əlavəsini bağlayacağı haqda xəbərlər yayılmışdı.

Milli.Az


Tags:  Twitter Vine xidmətini satacaq



RƏYLƏR


Top news