Siqaret çəkmək ağciyər hüceyrələrində 150 mutasiyaya səbəb olur

Siqaret çəkmək ağciyər hüceyrələrində 150 mutasiyaya səbəb olur
08:52 10 Noyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər aşkar edib ki, gündə bir paket siqaret çəkmək hər il çəkən şəxsin ağciyər hüceyrələrində 150 təhlükəli dəyişikliyə səbəb ola bilər.

Bu, bədənin müxtəlif orqanlarında siqaretin səbəb olduğu məhvedici genetik ziyan və ya mutasiyaları araşdıran tədqiqatın nəticələridir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Science (Elm) jurnalında dərc olunan araşdırmada, tədqiqatçılar bildirir ki, nəticələr həyat boyu çəkilən siqaret sayı ilə xərçəng şişlərinin DNK-sındakı mutasiyalar arasında birbaşa əlaqənin olduğunu göstərir.

Onların dediyinə görə, ən yüksək mutasiya dərəcələri ağciyər xərçənglərində müşahidə olunsa da, sidik kisəsi, qaraciyər və boğaz da daxil olmaqla bədənin digər hissələrindəki bədxassəli şişlərdə də siqarətlə əlaqəli mutasiyalar var. Bu da siqarət çəkməyin ağciyərdən başqa digər xərçəng növlərinə gətirib çıxara biləcəyini göstərir.

Siqaret çəkmək hər il dünya boyu altı milyon insanın ölümünə səbəb olur. Ümumdüya Səhiyyə Təşkilatı təxmin edir ki, əgər hazırkı trend davam etsə, bu əsr ərzində 1 milyarddan çox tütünə bağlı ölüm halları olacaq.

Xərçəng hüceyrənin DNK-sındakı mutasiyalardan yaranır. Siqaret çəkmək azı 17 xərçəng növü ilə əlaqələndirilib, ancaq indiyədək alimlər bir çoxunun arxasındakı mexanizmi müəyyən edə bilməmişdi.

Tədqiqatı aparanlardan Birləşmiş Ştatlarda yerləşən Los Alamos Milli Laboratoriyasından Ludmil Aleksandrov deyir ki, indiyədək əsasən siqaret çəkməyin bədənin tüstü ilə birbaşa əlaqədə olmayan hissələrində xərçəng riskini necə artırdığını anlamaq çətin idi.

"Bundan əvvəl, bizim əlimizdə siqaret çəkməyi xərçənglə əlaqələndirən bir sıra epidemioloji sübut var idi, amma indi biz DNK-dakı molekulyar dəyişikliyi müşahidə edib, hesablaya bilirik," deyə o bildirib.

Bu araşdırmada 5 mindən çox bədxassəli şiş tədqiq edilib və siqaret çəkən insanlardakı xərçəng heç bir zaman siqaret çəkməyənlərlə müqayisə edilib.

Siqaret çəkənlərin DNK-sında mutasiya imzası adlanan DNK-nın bəzi xüsusi molekulyar izləri aşkar edilib və alimlər müxtəlif bədxassəli şiş növlərində bunlardan neçəsinin olduğunu hesablayıblar.

Belə bir nəticə əldə olunub ki, gündə bir paket siqaret çəkmək ağciyər hüceyrələrinin hər birində 150 mutasiyaya səbəb olur.

Tədqiqatçıların dediyinə görə, hər mutasiya xərçəngə gətirib çıxara bilən "genetik ziyan"ın başlanğıc nöqtəsidir.

Nəticələr həmçinin onu göstərir ki, gündə bir paket siqaret çəkmək qırtlaqdakı hər bir hüceyrədə 97, udlaqda 39, ağızda 23, sidik kisəsində 18 və qaraciyərdə altı mutasiyaya səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/487827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR