Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışmada 5 nəfər yaralandı -FOTO

ABŞ-da Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışmada 5 nəfər yaralandı -FOTO

Date: 10 November 2016 09:03

ABŞ-ın Sietl şəhərində prezident vəzifəsinə yeni seçilmiş Donald Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışma zamanı yaralananların sayı 5-ə çatıb.

Bu barədə şəhərin yanğınəleyhinə xidmətinin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib.

"Xidmətin əməkdaşları atışma zamanı xəsarət almış beş nəfərə yardım göstərirlər. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır" – deyə rəsmi səhifədəki məlumatda bildirilir.

Qeyd edək ki, ilkin məlumatda insident zamanı 4 nəfərin xəsarət aldığı bildirilirdi.

***07:29

Naməlum şəxslər ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində insanlara atəş açıblar.

"Report"un məlumatına görə, bu barədə "The Seattle Times" qəzetinin elektron versiyası xəbər verib.

Məlumata görə, insident Respublikaçılar Partiyasının namizədi olmuş Donald Trampın prezident seçilməsinə etiraz edən aksiyaçıların getdiyi ərazidə baş verib. Hadisə zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Nəşr atışmanın etiraz aksiyası ilə əlaqədar olub-olmaması barədə hər hansı məlumat verməyib.




Tags:  ABŞ-da Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışmada nəfər yaralandı -FOTO

RƏYLƏR


Top news