Səhər saatlarında Zığ şosesində - Naxçıvanski hərbi məktəbin yaxınlığında yol qəzası olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə geri dönmə əməliyyatı zamanı baş verib.
"Opel" markalı avtomobilin sola - qarşı yola keçmək istəyən "Mercedes" markalı avtomobili vurması nəticəsində yolun hərəkətsiz hissəsində salınmış şam ağaclarına çırpılıb.
Yol qəzası nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.
Hazırda həmin şosedə avtomobillərin sıxlığı müşahidə olunur.
Milli.Az