Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cüdoçularımız dünya reytinq cədvəlinə başçılıq edir

Cüdoçularımız dünya reytinq cədvəlinə başçılıq edir

Date: 10 November 2016 09:22

Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər.

Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur.
 
Abu-Dabi "Böyük Dəbilqə" turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci yerdə gedir.
 
Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.

Milli.Az


Tags:  Cüdoçularımız dünya reytinq cədvəlinə başçılıq edir

RƏYLƏR


Top news