Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

2018-ci ilə İT və biznes xidmətlər bazarının həcmi 1 trilyon dolları ötəcək

2018-ci ilə İT və biznes xidmətlər bazarının həcmi 1 trilyon dolları ötəcək

Date: 10 November 2016 09:35

"International Data Corporation" ("IDC") tədqiqat şirkətinin proqnozuna görə, İT və biznes xidmətlərinin qlobal satış həcmi ilk dəfə 1 trilyon dolları ötəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, analitiklərin gözləntilərinə görə, 2016-cı ilin nəticəsinə görə, İT xidmətlər bazarının həcmi 649 milyard dollara yaxınlaşacaq və 2020-ci ildə bu göstərici 731 milyard dollaradək artacaq. Bu vaxt ərzində biznes xidmətlər seqmentinin həcmi 287-dən 369 milyard dollaradək yüksələcək.

Beləliklə, xidmətlər bazarının həcmi 936 milyarddan (2016) 2020-ci ildə 1.1 trilyon dollaradək yüksələcək. 2018-ci ildə gəlirin həcmi 1 trilyon dollardan çox olacaq.

Sözügedən analitik şirkət ABŞ-ı İT və biznes xidmətləri sahəsində ən böyük bazar adlandırıb və 2020-ci ilədək adıçəkilən ölkənin liderliyini proqnozlaşdırıb. Qərbi Avropa ikinci yeri tutacaq. Latın Amerikası, Yaxın Şərq və Afrika ən sürətlə inkişaf edən bazarlar olacaqlar və 2017-ci ildə xərclərin həcminə görə Kanadanı geridə qoyacaqlar.

Emil Hüseynov



Tags:  2018-ci İT biznes xidmətlər bazarının həcmi trilyon dolları ötəcək



RƏYLƏR


Top news