Tramp əleyhinə keçirilən aksiyada atışma: yaralılar var - FOTO

Tramp əleyhinə keçirilən aksiyada atışma: yaralılar var - FOTO
09:37 10 Noyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində insanlara atəş açıblar.

Prezident vəzifəsinə yeni seçilmiş Donald Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışma zamanı yaralananların sayı 5-ə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınəleyhinə xidmətinin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib.
"Xidmətin əməkdaşları atışma zamanı xəsarət almış beş nəfərə yardım göstərirlər. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır" - deyə rəsmi səhifədəki məlumatda bildirilir.

Qeyd edək ki, ilkin məlumatda insident zamanı 4 nəfərin xəsarət aldığı bildirilirdi.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR