Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

Date: 10 November 2016 09:52

Estoniyanın baş naziri istefaya göndərilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Estoniya parlamentinin plenar iclasında baş nazir Taavi Rıyvasa etimadsızlıq üzrə səsvermə keçirilib. Səsvermə zamanı parlamentin 63 deputatı baş nazirə etimadsızlıq göstərib. Bu qərarın əleyhinə isə 28 nəfər çıxıb. Səsvermələr zamanı bitərəf olmayıb.

Qeyd edək ki, baş nazir Taavi Rıvays istefaya könüllü getməkdən imtina etdikdən sonra onun koalisiya tərəfdaşları - Sosial Demokrat Partiyası (SDE) habelə Vətən İttifaqı və Res Publica (IRL) etimadsızlıq rəyini dəstəklədiyini bildirmişdilər. Onların qənaətinə görə, Taavi Rıvays qətiyyətsizliyi ilə Estoniyanı çıxılmaz vəziyyətə salıb. Onun rəhbərlik etdiyi hökumət ciddi və zəruri qərarlar qəbul edə bilməz.
Qeyd edək ki, Estoniyada baş nazirin istefası üçün ən azı 51 deputat etimadsızlıq rəyini dəstəkləməlidir.

Milli.Az


Tags:  Baş nazir istefa verdi

RƏYLƏR


Top news