"Qarabağ"ın rəqibinə şok: ölkə çempionatı dayandırıldı

"Qarabağ"ın rəqibinə şok:   ölkə çempionatı dayandırıldı
09:57 10 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanda bütün futbol yarışlarını dayandırılıb.

Fanat.Az xəbər verir ki, buna səbəb Yunanıstan Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılmasıdı. Bu barədə federasiyadan yazılı açıqlama yayılıb.

Həmin açıqlamada bildirilir ki, Bikasın bağ evi şübhəli şəxslər tərəfindən yandırılıb. Hadisə vaxtı ev boş olduğuna görə həmin şəxsləri görmək mümkün olmayıb. Hazırda istintaq qrupu hadisə yerində araşdırmalar aparırlar. Federasiyanın növbəti qərarı məhz istintaqçıların raport verməsindən sonra açıqlanacaq.

Xatırladaq ki, bundan bir həftə əvvəl Giorgos Bikas tanımadığı şəxslər tərəfindən qorxudulduğunu, psixoloji təzyiqə məruz qaldığını bildirmişdi.

Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-rqibin-ok-t54025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR