Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rafetin Bakı arzusu

Rafetin Bakı arzusu

Tarix: 10 Noyabr 2016 10:11

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rafet El Roman Bakının qonağıl olacaq.

Axşam.az-ın məlumatına görə, ifaçı dekabrın 20-də Heydər Əliyev Sarayında konsert verəcək. Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertin aparıcılığı Nanə Ağamalıyevaya həvalə olunub.
 
N.Emiloğlu bildirib ki, Rafet tədbirdə orekstrı ilə birlikdə mahnılarını canlı təqdim edəcək:

“Rafet Bakıya bir gün əvvəlcədən gələcək. Çoxdandır Azərbaycana gəlmir. Bakını yenidən gəzmək arzusundadır. Konsertdə maraqlı sürpriz olacaq”.

Konsertə biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.


Teqlər:  Rafetin Bakı arzusu



RƏYLƏR


Top xəbərlər