Aktyor Kərəm Bürsin dünən bir ticarət mərkəzində görünüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Bu Şehir Arkandan Gelecek" adlı serialın çəkilişlərinə hazırlaşan aktyorun imicindəki dəyişiklik diqqətdən yayınmayıb. O, "Həyəcanlıyıq. Rol üçün saçımda dəyişiklik etdim" deyib.
Aktyor sağlamlığı ilə bağlın yayılan xəbərləri də şərh edib:
"Önəmli bir şey yoxdur, müayinə olundum".
Qeyd edək ki, K.Bürsin yeni serialda Çilidən olan “Ali Smit” adlı boksçu obrazını canlandıracaq.