Onlar ölkələrindən qisas aldılar

Onlar ölkələrindən qisas aldılar
10:12 10 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı "Brexit" qərarından sonra Qərb ikinci siyasi sensasiyadan heyrətləndi. Gerçəkdən də, ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsi tək Qərb dövlətləri üçün yox, bütün dünyada şok effekti yaratdı.

Milyarder Donald Trampın noyabrın 8-dəki prezident seçkilərindəki qələbəsi Birləşmiş Ştatların çağdaş tarixində yeni mərhələyə çevrilməklə yanaşı, amerikalıların dünya dövlətləri ilə münasibətlərini radikal şəkildə dəyişə bilər.

"Yeah, they did it!"... "Hə, onlar bunu etdilər!" Məhz onlar, siyasətə qarışmadıqlarını deyən, sakit görünən, Vaşinqton və Nyu-Yorkdakı mediada "adi vətəndaş" sayılan insanlar, Birləşmiş Ştatlardakı medianın, demokratların və şou-biznes mənsublarının aşağılayıcı tərzdə "red necks", yəni "qırmızı peysər" adlandırdıqları milyonlarla amerikalı seçimlərini etdilər.

ABŞ-ın ən nüfuzlu, məşhur mediası, sosioloqlar, çoxsaylı analitiklər, "danışan başlar" onları inadla görmür, görmək istəmir, hələ dünən səhərədək Demokrat Partiyasının namizədi, sabiq dövlət katibi Hillari Klintonun qələbəsinin şübhə doğurmadığını deyir, yazır, göstərirdilər.

Əslindəsə ABŞ-dakı seçkilərdə şərti respublikaçı qalib gəldi. Birləşmiş Ştatlarda prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası başlanandan bəri Respublikaçılar Partiyası kürən milyarder Trampdan qurtulmağın yollarını düşünürdü. Fəqət, sadə amerikalıların potensial seçimini təxminləyən partiya Trampa olan allergiyasına rəğmən, mübarizəyə qatıldı.

Demokratlar təki, respublikaçılar da deyirdilər ki, Donald Trampın açıqlamaları və davranışları onun "Frankenşteyn olduğunu" göstərir.

Çünki seçkilərə müstəqil namizəd kimi qatılan Tramp özü də anlamadan və istəmədən ona yad Respublikaçılar Partiyasının təmsilçisinə çevrildi.

O, həm də ABŞ-da rəsmi fəaliyyət göstərməyən, amma var olan "anti-isteblişment partiyası"nın adamıdır. İndi anlaşılır ki, amerikalı sosioloqların görmək istəmədikləri, hesaba almadıqları bu "partiya" demokratlar təki, respublikaçıları da sevmir, özü də güclü qüvvədir.

Bir zamanlar inşaat biznesindəki konyukturu dəqiq hiss etmək bacarığını nümayiş etdirmiş Donald Tramp siyasətdə həvəskar olsa da, siyasi konyukturu əla duyaraq yad meydanda peşəkarlara qalib gəlib. O, ABŞ cəmiyyətinin ərinliklərində köhnə oyun qaydalarına, laxlayan sistemə etirazı hiss etmişdi.

Sistem ləngər vurur, dağılır və bu aşınma o həddə çatıb ki, amerikalılar fəlakətin həddinə, səviyyəsinə təəccübləniblər.

Dünən səhər bütün dünya anladı ki, illərlə aşağılanan, "adi vətəndaş" sayılan, "red necks" adlandırılan amerikalılar ölkənin təşəxxüslü, lovğa siyasi elitasından, Hillari Klintona işləyən məşhur və bahalı piar mütəxəssislərindən, siyasi ekspertlərdən, onları özlərinin müəyyənləşdirdikləri notlar üzrə ifaya vadar etmək istəyən mediadan çox sərt, ağır intiqam alıblar.

Şok o səviyyədə oldu ki, ABŞ-ın Rusiyadakı sabiq səfiri, Hillari Klintonun "müsəlləh əsgəri" Maykl Makfol sosial şəbəkələrdə yazdı: "Bitdi, qurtardı - hər şey məhv oldu"

ABŞ siyasətinin klassik kanonlarına görə Donald Tramp seçki kampaniyasını çox uğursuz aparırdı. O, bahalı reklamlardan istifadə etmirdi, Respublikaçılar Partiyasının yerlərdəki təşkilatlarını fasiləsiz işə vadar etmirdi və s. Yəni, prezidentliyə klassik namizədin etməsi gərəkənləri etmirdi.

Elə bu uğursuzluq sayəsində də o, qalib gəldi.

Çünki bu seçkilərdə hər şey kanonlara görə yox, kanorların tərsinə idi.

Birləşmiş Ştatlarda yeni dönüşünü edən mərhələdə ölkəyə məhz belə lider gərəkdi.

Donald Trampın da dahiliyi odur ki, o, gərəkli vaxtda gərəkli yerdə olmağı bacardı.

Orxan Hun
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Şirvanda ağır yol qəzası

30 Aprel 2017 11:16

ABŞ-da güclü qasırğa: 5 ölü, 50 yaralı

30 Aprel 2017 11:09

57 yaşlı iştirakçı: Bakı Marafonu idman bayramıdır

30 Aprel 2017 11:08

Rusiya Dövlət Dumasının əməkdaşı: "Bakı Marafonu" sağlam həyat tərzini təbliğ edir

30 Aprel 2017 11:08

Bakıda vəzifəli şəxs adam öldürdü - Yeyib-içdikdən sonra

30 Aprel 2017 11:05

Bakıda vəzifəli şəxs öz dostunu öldürdü

30 Aprel 2017 10:59

İçki satmayan satıcı və qardaşı güllələndi - Türkiyədə dəhşətli hadisə

30 Aprel 2017 10:57

Bu gənc oğlan "Facebook"-dan 100 milyon dollar oğurladı

30 Aprel 2017 10:56

"Allahın oğlu" dağılmış şəhərə endi: "Görürsüz, İsa gəlir..." - FOTOLAR - VİDEO

30 Aprel 2017 10:53

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu-2017"də iştirak edir

30 Aprel 2017 10:47

ADNA faciəsindən 8 il ötür

30 Aprel 2017 10:43

Afaq Aslan bu dəfə tamam soyundu və çarpayıda...

30 Aprel 2017 10:43

ŞOK HADİSƏ: Bakıda vəzifəli şəxs dəhşətli cinayət törətdi

30 Aprel 2017 10:39

Bir seriya üçün 250 min istədi...

30 Aprel 2017 10:37

Mikayıl Cabbarov: Bakı Marafonu həm də bir həmrəylik yarışıdır

30 Aprel 2017 10:36

Putin haqqında film çəkiləcək

30 Aprel 2017 10:36

Leyla və Arzu Əliyeva Bakı marafonunda - FOTO

30 Aprel 2017 10:34

3D qulağı əsl qulaqdan yaxşı eşidir - VİDEO

30 Aprel 2017 10:33

Vitali Kliçko nokauta düşdü

30 Aprel 2017 10:32

78 yaşlı marafon iştirakçısı: Marafon bayram kimi keçir

30 Aprel 2017 10:29

Dünyanın intizarla gözlədiyi döyüş baş tutdu - Kliçko məğlub oldu

30 Aprel 2017 10:29

Gecə cəbhədə baş verənlərlə bağlı Müdafiə Nazirliyi məlumat yaydı

30 Aprel 2017 10:23

Mədət Quliyev: Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir

30 Aprel 2017 10:22

Ali məktəblərə qəbul imtahanı başladı

30 Aprel 2017 10:19

İştirakçı: Bakı Marafonu gözəl təşəbbüsdür

30 Aprel 2017 10:15

Atəşkəs 112 dəfə pozuldu

30 Aprel 2017 10:15

Ermənilər Qazaxın kəndlərini atəşə tutub

30 Aprel 2017 10:14

Gəncədə özünü qatarın altına atan şəxs öldü

30 Aprel 2017 10:12

Ermənistan cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 112 dəfə pozub

30 Aprel 2017 10:12

Cəbhədən SON XƏBƏR

30 Aprel 2017 10:12

“Bakı Marafonu - 2017” start götürüb

30 Aprel 2017 10:07

İçki satmayan satıcı və qardaşı güllələndi

30 Aprel 2017 10:07

10 min məmurun diplomu saxta çıxdı - İşdən qovuldular

30 Aprel 2017 10:05

Türkiyədə bayramı matəmə çevirmək istəyənlər saxlanıldı

30 Aprel 2017 10:03

Çində avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

30 Aprel 2017 10:02

Donald Tramp Filippin prezidenti ilə telefonla danışıb

30 Aprel 2017 10:01

Şirvanda AĞIR QƏZA: yaralılar var

30 Aprel 2017 09:57

Türkiyəni qana boyamaq istəyən İŞİD üzvləri SAXLANILDI

30 Aprel 2017 09:52

Roma Papası III Dünya müharibəsi təhlükəsindən danışdı

30 Aprel 2017 09:48

Şirvanda avtomobil dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb

30 Aprel 2017 09:42

Gədəbəy sakini evinə gedərkən küçədə döyüldü

30 Aprel 2017 09:38

"Ərə getməyəcəm, övladım olmur" - Məşhur müğənni

30 Aprel 2017 09:37

Şirilankalı marafon iştirakçısı: Azərbaycanlılarla yanaşı çox sayda əcnəbilərin də marafona qatılması xoşdur (FOTO)

30 Aprel 2017 09:36

Gədəbəydə DAVA: xəsarət alan var

30 Aprel 2017 09:32

ADNA faciəsindən 8 il ötür

30 Aprel 2017 09:31

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar sayır

30 Aprel 2017 09:28

Bakıda sex YANDI

30 Aprel 2017 09:27

Prezidentin xanımı aparıcılıq edəcək

30 Aprel 2017 09:25

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışdı - "Baxarıq"

30 Aprel 2017 09:22

Vitali Kliçko nokauta düşdü

30 Aprel 2017 09:17