Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hillari Klintonla fəxr edirəm"

"Hillari Klintonla fəxr edirəm"

Date: 10 November 2016 10:27

ABŞ prezidenti Barak Obama bildirib ki, o, Hillari Klintonla fəxr edir.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdəki çıxışında bildirib.

Obama qeyd edib ki, o, Klintonun namizədliyinin dövlət başçısı postuna irəli sürülməsini və prezident seçkilərində iştirak etməsini tarixi hadisə hesab edir.

"Bir gün əvvəl Klintonla danışdım. Mən onunla və Hillari Klintonun dövlət qarşısındakı xidmətləri ilə fəxr edirəm", - Obama qeyd edib.

Onun sözlərinə görə, Hillari Nyu-York ştatından çox gözəl senator və ən yaxşı dövlət katibi olub: "Onun prezidentliyə namizədliyi tarixi hadisə oldu və bu, ölkənin bütün qızları üçün siqnal rolunu oynadı". 

Milli.Az


Tags:  Hillari Klintonla fəxr edirəm

RƏYLƏR


Top news