Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jirinovski Trampın qələbəsi üçün şampan qonaqlığı verdi – VİDEO

Jirinovski Trampın qələbəsi üçün şampan qonaqlığı verdi – VİDEO

Date: 10 November 2016 10:33

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında Donald Trampın ABŞ prezidenti seçilməsi münasibəti ilə banket təşkil edib.

Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, banketdə partiyasından olan deputatlar və jurnalistlər iştirak edib.

Jirinovski banket üçün 100 min rubl (təxminən 1530 dollar –red.) xərclədiyini bildirib. Masaya kolbasa, toyuq, konfet və şampan qoyulmuşdu.

“Amerika indi kənar işlərə daha az müdaxilə edəcək. ABŞ-ın yeni daxili və xarici siyasəti, ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması üçün”, - Jirinovski şampanın olduğu stəkanı yuxarı qaldıraraq sağlıq deyib.

İnternetdə banketdən görüntülər yayılıb. Banketin görüntüləri videonun son (8:50) hissəsindədir.

Ömər Dağlı


Tags:  Jirinovski Trampın qələbəsi şampan qonaqlığı verdi VİDEO

RƏYLƏR


Top news