Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yuğ Dövlət Teatrı beynəlxalq festivala dəvət aldı - FOTOLAR

Yuğ Dövlət Teatrı beynəlxalq festivala dəvət aldı - FOTOLAR

Date: 10 November 2016 10:43

Paytaxtımız “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr festivalında Yuğ Dövlət Teatrının M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşalarına baxılıb. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

Konfransın Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərovun “Yuğ teatrı: Şərqdə Qərb paradoksu” adlı məruzəsi həm yerli, həm də xarici mütəxəssislərin diqqətini cəlb edib.

M.Mikayılovun “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalına dəvət edilib.

Təklif festivalın təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və koordinatoru teatrşünas Lela tərəfindən edilib.

Cəvahir







Tags:  Yuğ Dövlət Teatrı beynəlxalq festivala dəvət aldı FOTOLAR

RƏYLƏR


Top news