Kompensasiya verilmədi, problemli kreditlər artdı...

Kompensasiya verilmədi, problemli kreditlər artdı...
10:47 10 Noyabr 2016
348 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, sözügedən dövrdə, ümumi kredit portfelinin həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də və yalnız problemli kreditlərin həcminin artımında deyil: "Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankdan 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Mərkəzi Bank isə kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalar əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xəttləri üzrə qeydə alınır".

Digər tərəfdən, ekspertin fikrincə, problemli kreditlər "ümüdsiz kreditlər" kimi geri qaytarılması, demək olar ki, mümkün olmayan kreditlərdir: "Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Deməli, kompensasiya verməməklə "maliyyə intizamını" qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu "intizamı" pozmuş oldu".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR