Tramp bu adamlara vəzifə verəcək - SİYAHI

Tramp bu adamlara vəzifə verəcək - SİYAHI
10:52 10 Noyabr 2016
206 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp gələcək administrasiyasında ən önəmli vəzifələrə təyinat ala biləcək şəxslərin seçiminə başlayıb.

Milli.Az The Wall Street Journal-a istinadən bildirir ki, ABŞ-ın baş prokuroru postu Nyu-Cersi ştatının qubernatoru Kris Kristiyə həvalə oluna bilər. O, Trampın müşaviridir və hakimiyyətin təhvil-təslimi ilə bağlı məsələlərlə məşğuldur.

Baş prokuror postuna ikinci namizəd Arkanzas ştatının qubernatoru Asa Hatçinsondur.

Səhiyyə və sosial xidmtələr naziri postuna namizədlər prezident  seçkilərində iştirak etmiş respublikaçı Ben Karson ilə Luiziana ştatının qubernatoru Bobbi Cindldir.

Trampın administrasiyasında Nyu-Yorkun sabiq meri Rudolf Culiani və Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriçin də yer alacaqları deyilir. Onların hansı postları tutacaqları bəlli olmasa da, gələcək administrasiyasının "özəyini" təşkil edəcəkləri deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR