Avropanın işsizlik üzərində qələbəsi - TƏHLİL

Avropanın işsizlik üzərində qələbəsi - TƏHLİL
10:59 10 Noyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Statistika Xidmətinin (Eurostat) məlumatına görə, bu ilin sentyabrında ittifaq üzrə (EA28) işsizlik səviyyəsi 8,5% təşkil edib ki, bu da illik müqayisədə 0,7 faiz bəndi azdır və eyni zamanda 2009-cu ilin fevralından ən aşağı göstəricidir. Bundan əlavə Avrozonada (EA19) işsizlik səviyyəsi son bir ildə 0,6 faiz bəndi azalaraq sentyabrda 10 faizə enib ki, bu da 2011-ci ilin iyunundan bəri qeydə alınan minimumdur. Hazırda Avropa İttifaqında işsizlərin sayı 20,789 mln. nəfər, Svrozonada isə 16,181 mln. nəfər təşkil edib ki, son bir ildə bu göstəricilər müvafiq olaraq 1,596 mln. nəfər və 905 min nəfər azalıb.

 

İşsizliyin azalması Avropa İttifaqı üçün çətin bir anda baş verib. Bu səbəbdən belə nəticə, belə göstəricilər, o cümlədən işsizlik səviyyəsinin 7 illik minimuma çatması kimi nailiyyət təəccüblü görünür. Çünki hazırda Avropa İttifaqında iqtisadi böhran adlandırmaq hələlik mümkün olmayan, amma ümumilikdə çətin iqtisadi vəziyyət davam edir. Hazırda illik iqtisadi artım cəmi 1,8%, Avrozonada isə 1,6% təşkil edir. Bu rəqəmlər Avropanın iqtisadi hakimiyyətini qane etmir, nəticədə Avropa Mərkəzi Bankı yumşaq monetar siyasətini davam etdirir. İşsizlik üzrə isə gözlənilməz müsbət göstəricilər bütün bu amillər fonunda müəyyən mənada paradoksal görünür. Amma daha dəqiq araşdırması üçün ölkələrin ayrı-ayrı olaraq vəziyyətinə diqqət yetirmək lazımdır (İşsizlik səviyyəsi, %):

 

 

Göründüyü kimi, bir sıra ölkələrdə işsizlik səviyyəsi nəzərə çapracaq dərəcədə azalıb və bu ölkələrin əksəriyyəti Şərqi Avropa ölkələridir. Vışeqrad qrupuna daxil olan 4 ölkədə də işsizliyin azalması müşahidə olunur. V4 ölkələrini burada o səbəbdən xüsusi vurğulayırıq ki, məhz bu ölkələr Avropada miqrasiyasın, xüsusən də qeyri-leqal miqrasiyanın yayılmasına qarşı çıxır. Ümumilikdə, ötən ildə Şərqi Avropa, xüsusən də Şərqi-Cənub Avropa ölkələri qeyri-leqal miqrasiya böhranı ilə daha sərt üzləşiblər. Bu səbəbdən sərhədlər bağlanır, sərhəd nəzarəti gücləndirilir, müəyyən saxlayıcı addımlar atılır, Avropa İttifaqının rəhbərliyinə və miqrantların qəbulunun lehinə olan Almaniya kimi ölkələrin mövqeyinə çox sərt qarşı çıxır. Əlbəttə ki, miqrasiya problemi əmək bazarına çox ciddi təsir edir. Belə ki, miqrantlar sosial müavinətlər almaqla yanaşı iş yerlərinə iddia edirlər ki, nəticədə nəzarətsiz miqrasiya siyasətini həyata keçirən ölkə, nəzəri cəhətdən, əmək bazarında qarmaqarışıqlıqla üzləşə bilər. Sadə desək, yerli əhali miqrantların tutduğu iş yerlərindən məhrum olurlar.

 

Burada əlbəttə ki belə bir məsələyə toxunmaq lazımdır. Adətən əmək miqrantları, xüsusən də qeyri-leqal miqrantlar yalnız yerli əhali tərəfindən imtina edilən iş yerlərinə iddia edə bilir, lakin hər halda kütləvi miqrasiyaya məruz qalan Avropada işsizlik səviyyəsinin aşağı düşməsi paradoksal müsbət göstəricidir. Çünki istənilən halda miqrasiya əmək bazarında təklifi artırır. Amma bəzi ölkələr öz əmək bazarlarını qorumaq məqsədi ilə (digər amillərlə yanaşı) miqrasiyaya qarşı çıxır və məhz bu ölkələrdə işsizlik səviyyəsinin azalması daha yüksək templərlə müşahidə olunur.

 

Rəqəmlərin təhlili həmçinin daha bir sıra maraqlı amilləri üzə çıxarır. Məsələn, Almaniyada Avropanın ən aşağı işsizlik səviyyəsi müşahidə olunur. Bu da onu göstərir ki, bu ölkənin əmək bazarında ciddi potensial mövcuddur. Bu səbəbdən müəyyən mənada aydın olur ki, niyə Almaniya hökuməti miqrantların qəbuluna razıdır və xüsusən bu miqrantların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlər görür və görmək niyyətindədir. Çünki əmək bazarında boş iş yerləri, ilk növbədə də yerli əhali tərəfindən imtina edilən, yəni xüsusi bilik, bacarıq, təhsili və ixtisası tələb etməyən iş və vəzifələr üzrə mövcuddur. 

 

Bundan əlavə, adətən, işsizlik səviyyəsinin azalması müəyyən mənada iqtisadi artımın yüksəlməsinə təsir etməlidir, amma Avropada bu, hələlik baş vermir. Belə ki, ötən ildə Avropa İttifaqında iqtisadi artım indiki üç rübün göstəricisindən 0,3 faiz bəndi artıq olaraq 2,1%-ə bərabər idi. İllik göstəricini artırmaq üçün hələlik dördüncü rüb var, amma 2016-cı ildə rüblük artımlarına fikir verəndə (0,4-0,5%) ilin yekununda iqtisadi artımın 2015-ci ilin göstəricini nəzərə çarpan dərəcədə üstələyəcəyi çətin görünür. Bu amil Avropa İttifaqının iqtisadiyyatında struktur problemlərin mövcud olduğunu göstərir, çünki, bir daha təkrarlamalıyıq ki, işsizlik səviyyəsi ayrıca bir proses deyil, əksinə bu faktor iqtisadi artımın templərinə müsbət təsir etməlidir. Bu aydındır, çünki iqtisadiyyatda daha çox məhsul və xidmət istehsal olunur.

 

Amma eyni zamanda iqtisadi artımın yüksəlməsini ləngidən və saxlayıcı amillər mövcuddur ki, bunların sırasına real  iqtisadiyyatında investisiyaların azalmasını və deflyasiyanı qeyd etmək olar. Birinci amillə Avropa Mərkəzi Bankı mərkəzləşdirilmiş kredit və depozitlər üzrə sıfıra yaxın və ya mənfi faiz dərəcələrin tətbiq etməklə mübarizə aparır. Məqsəd isə maliyyə və digər qurumların sərbəst vəsaitlərini yığıma və passiv investisiyalara deyil, real iqtisadiyyata yönəltməkdir. İkinci amilə gəlincə, demək olar ki, burada vəziyyət qənaətbəxş deyil. Belə ki, bu ilin sentyabrında istehsal qiymətləri EA28-də 1,1%, EA19-da isə 1,5% azalıb. Bu problem nəticədə istehlak qiymətlərin çox kiçik artmasına və ya ümumilikdə deflyasiyaya gətirib çıxarır ki, bu problem hazırda Avropa Mərkəzi Bankı narahat edən əsas problemlərdən biridir.

 

Aydındır ki, belə olan makroiqtisadi fon və şəraitində işsizlik səviyyəsinin azalması, yəni iş fəaliyyətinin yüksəlməsi lazımı olan və gözlənilən nəticə vermir və iqtisadi artımına lazımı olan müsbət yüksəldici təsir etmir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Büst qoyduran deputat vəzifəsindən sui-istifadə edir? - Sosialist Əməyi Qəhrəmanının rəyi

22 Avqust 2017 16:53

Azərbaycanlı müğənnilər Tehranda konsert verəcək – VİDEO

22 Avqust 2017 16:48

Norveçin neft fondu ilk yarımillikdə rekord gəlir əldə edib

22 Avqust 2017 16:47

"Milan"dan 11-ci transfer

22 Avqust 2017 16:37

“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub

22 Avqust 2017 16:35

Bu yoldan keçərkən DİQQƏTLİ OLUN!

22 Avqust 2017 16:29

VİDEO: Ürəyi zəif olanlar əsla izləməsin... (18+)

22 Avqust 2017 16:28

37 yaşı tamam olan ulduzun UNUDULMAYAN ziyafət libasları - FOTO

22 Avqust 2017 16:23

Baloğlan Əşrəfov İrana gedir

22 Avqust 2017 16:19

Məktəb ləvazimatları bazarında vəziyyət necədir?

22 Avqust 2017 16:18

Qara cirə min dərdin dərmanıdır

22 Avqust 2017 16:13

Keçmiş MTN generalının məhkəməsində DTX əməkdaşı ifadə verib

22 Avqust 2017 16:12

Giorgi Kvirikaşvili: "Yanğınla mübarizədə Azərbaycandan çox vacib ilk yardım aldıq"

22 Avqust 2017 16:12

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb - VALİDEYNLƏR, DİQQƏT!

22 Avqust 2017 16:04

ABŞ-ın 1 universitet, 5 orta məktəbinin müəllimi: DÜNYANI HEYRAN QOYAN AZƏRBAYCANLI - FOTOLAR - VİDEO

22 Avqust 2017 16:03

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

22 Avqust 2017 15:57

Azərbaycan: Sürücüsü krassvord yaza-yaza avtobus sürdü

22 Avqust 2017 15:52

Bələdiyyə sədri "zibilə düşdü": 3000 manat cərimə

22 Avqust 2017 15:49

Azərbaycanlı aktrisadan “18+” FOTOSESSİYA

22 Avqust 2017 15:48

Bakıda brend geyim mağazasında yanğın olub

22 Avqust 2017 15:47

“Abituriyent” jurnalının 10-cu nömrəsi nəşr edildi

22 Avqust 2017 15:44

Türkiyə prezidenti: “Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”

22 Avqust 2017 15:42

Bəyaz Öztürkün verilişi haqqında SON QƏRAR

22 Avqust 2017 15:38

Nəriman Abdullayev: "Azərbaycanın boks yığması yaxşı formadadır"

22 Avqust 2017 15:37

Runinin yeni komandası heç-heçə etdi

22 Avqust 2017 15:34

Qəbizliyin səbəbləri və ən uğurlu müalicəsi... - Həkim

22 Avqust 2017 15:28

Şaftalı kompotunun hazırlanması

22 Avqust 2017 15:28

Daşkəsəndə məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri 3 min manat cərimələnib

22 Avqust 2017 15:22

Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub

22 Avqust 2017 15:22

Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək

22 Avqust 2017 15:22

Metbuat.az-ın məşhur qonağı Eldəniz Məmmədov

22 Avqust 2017 15:21

Bu il 177 qanvermə aksiyası keçirilib

22 Avqust 2017 15:19

Mark Zukerberq ABŞ-ın yeni lideri ola bilər?

22 Avqust 2017 15:18

Bakıda evə basqın

22 Avqust 2017 15:18

Millinin sabiq qapıçısı FETÖ-cu çıxdı

22 Avqust 2017 15:17

Azərbaycanlı prodüser Nüşabə və Xatirəni lağa qoydu – FOTO

22 Avqust 2017 15:13

Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

22 Avqust 2017 15:12

Azərbaycanlı tanınmış rəqqasə burnunu 2-ci dəfə əməliyyat etdirir - VİDEO

22 Avqust 2017 15:09

Qısamüddətli notlar dövlət qeydiyyatına alındı

22 Avqust 2017 15:06

Ərdoğan: “Onlara hər yeri məzar edəcəyik”

22 Avqust 2017 15:03

Ərdoğanın Bakı səfəri Azərbaycana nə vəd edir?

22 Avqust 2017 14:59

Taekvondoçumuz Universiadada gümüş medal qazandı

22 Avqust 2017 14:58

Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub

22 Avqust 2017 14:57

İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb

22 Avqust 2017 14:52

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not buraxır

22 Avqust 2017 14:52

Qum və su ilə çılpaq bədənlərini örtən modellər – FOTOSESSİYA

22 Avqust 2017 14:48

Dənizdə itkin düşən neftçinin meyiti tapıldı

22 Avqust 2017 14:48

Bu ilin ilk 6 ayı ərzində qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

22 Avqust 2017 14:42

Elməddin Cəfərov müflis oldu, maşınını da satdı...

22 Avqust 2017 14:39

Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL

22 Avqust 2017 14:38