Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"British Airways" Azərbaycanı tərk edib

"British Airways" Azərbaycanı tərk edib

Tarix: 10 Noyabr 2016 11:05

"British Airways Plc." şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.

Milli.Az bildirir ki, bu barədə report-a Vergilər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

Milli.Az


Teqlər:  British Airways Azərbaycanı tərk edib



RƏYLƏR


Top xəbərlər