Ulduz futbolçu karyerasını bitirir

Ulduz futbolçu karyerasını bitirir
11:05 10 Noyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın kapitanı Filipp Lam gözlənilməz açıqlama ilə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu karyerasını bitirmək barədə düşünür.

33 yaşlı sağ cinah müdafiəçisi cari mövsümün sonunda futboldan gedə biləcəyini istisna etməyib: "Mövsümün sonunda karyeramı bitirə bilərəm. Bu istisna deyil. Bir il öncə bu barədə demişdim və hələ ki, fikrimi dəyişməmişəm. Yekun qərarım komandanın çıxışından və öz sağlamlığımdan asılı olacaq. "Bavariya" ilə müqavilə müddətim 2018-ci ilə qədərdi. Bu üzdən hadisələri qabaqlamaq istəmirəm".
 
Qeyd edək ki, 2002-ci ildən peşəkar futbolçu kimi "Bavariya"nın formasını geyinən Filipp Lam Münhen klubunun heyətində 500-ə yaxın oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR