SSRİ-nin sirr kimi saxladığı 10 güclü silah növü – FOTOLAR

SSRİ-nin sirr kimi saxladığı 10 güclü silah növü – FOTOLAR
11:08 10 Noyabr 2016
142 Maraqlı
Ölkə mətbuatı
A- A+

Putin: "NATO-nu SSRİ-yə qarşı mübarizə vasitəsi kimi yaratmışdılar" (03 İyun 2017 06:27)
Türkiyədən PKK-ya növbəti zərbə: (19 May 2017 23:12)
Bu fotolar hər yerdən silinir, silinməmiş SİZ DƏ BAXIN! (29 Aprel 2017 17:33)

Mövcudluğu dövründə dünyanın iki super dövlətindən biri olan SSRİ-də bəzən silahların olduqca qeyri-adi növləri yaradılırdı. Onlardan bir çoxu o qədər məxfi idi ki, haqqında informasiyalar yalnız yaxın vaxtlarda ortaya çıxıb.

Publika.az keçmiş SSRİ-də yaradılan 10 məxfi silahı təqdim edir.

BBA-14

Atom sualtı gəmiləri həm Sovet İttifaqı, həm də Birləşmiş Ştatlar üçün “soyuq müharibə” strategiyasının əsas hissəsi idi. Onlara görə də hər iki tərəf belə gəmilərin aşkarlanması və məhv edilməsi üçün mürəkkəb əks-tədbirləri hazırlayırdı. Sualtı gəmilərin məhv edilməsinin ən yaxşı üsullarından biri torpedalar və hidroakustik sistemlərlə təchiz edilmiş təyyarələr oldu.

“Soyuq müharibə” dövründə sualtı gəmilərə qarşı təyyarələrdən biri də BBA-14 idi. Onda hidroplan, ekranolet, bombardmançı və torpeda atan təyyarə (torpeda təyyarəçisi) funksiyaları birləşdirilmişdi. BBA-14 12 ədəd qaldırıcı turboreaktiv mühərrik sayəsində yerdən şaquli uçuş həyata keçirə bilirdi. Suyun səthinə yaxın uçan BBA-14 böyük hündürlüklərdə adi təyyarə kimi uçurdu.

BBA-14 ilk dəfə 1974-cü ildə uçub. Amma tezliklə təyyarənin hazırlanması həddən artıq çətin olduğuna görə layihənin dondurulmasına qərar verildi. Bütün prototiplər sökülərək məhv edilmişdi. Qanadlarsız və mühərriklərsiz tək nüsxə Moninoda Hərbi Hava Qüvvələrinin Mərkəzi muzeyində saxlanılır.

“Dodaq pomadası” - tapança

“Soyuq müharibə” zamanı münaqişənin hər iki tərəfi casuslardan fəal istifadə edirdi. Müxtəlif vasitələr tapşırıqların icrasında casuslara kömək etməli idilər. Onların ən maraqlı nümunələrindən biri də “ölümün öpüşü” kimi məşhur olan sovet pomada tapançası idi.

“Ölümün öpüşü” olan tapançaya cəmi bir ədəd 4,5 millimetr kalibrli patron doldurulurdu. Onu yenidən doldurmaq mümkün deyildi, buna görə də casuslar ondan yalnız son anda istifadə edirdilər.

2B1 “Oka”

Atom bombası “soyuq müharibə” zamanı ən qorxunc silah idi. SSRİ və ABŞ bu dağıdıcı silahın hədəfə çatdırılması üçün çox qəribə üsul ixtira etdi. Nüvə raketləri qeyri-mükəmməl olduğu dövrdə onların hədəfə çatdırılması üçün idarə olunmayan sistemlərdən istifadə olunurdu.

SSRİ-də dünyada ən böyük artilleriya toplarından biri olan 2B1 “Oka” 420 millimetr kalibrli özüyeriyən minaatan yaradılmışdı. “Oka” 750 kiloqramlıq mərmini 45 kilometrə qədər ata bilirdi. 2B1 “Oka” əvvəlcə nüvə aləti kimi yaradılsa da, ondan adi mərmilərin atılması üçün də istifadə olunurdu. 1960-cı formatsız artilleriya toplarının idarə olunan raketlərlə əvəz edilməsi barədə qərar qəbul edilmişdi və "Oka” layihəsi üzrə bütün işlər dayandırıldı.

T-35 ağır tankı

SSRİ-də şəxsi ağır tankların yaradılması üzrə işlər 1920-ci illərin sonlarında başlandı. 1932-ci ilə T-35 ağır tankı yaradıldı. Böyük ölçülərə malik tankın (50 ton) maksimal surəti 28 km/saat idi. Həmçinin, T-35-in zirehi çox zəif idi (20-30 millimetr). Bu iki çatışmazlıq ona gətirib çıxardı ki, T-35 tezliklə köhnəlmiş oldu.

“Alovlu kirpi” Tu-2Ş

Sovet İttifaqı 1944-cü ildə alman qoşunları üzərində böyük üstünlük qazandıra biləcək müxtəlif silah sistemləri ilə təcrübə aparırdı. Bir halda ki, üstünlük artıq SSRİ-nin tərəfində idi, mühəndislər müxtəlif silah sistemlərinin sınaqlardan keçirilməsi üçün daha çox vaxt tapırdı.

Tu-2S yüksək təsirli bombardmançının əsasında Tu-2Ş hücum təyyarəsi layihələşdirilmişdi.

Zəhərli çətir

Casuslar üçün daha bir sovet silahı əslində operativ məsələlər üçün istifadə olunurdu. “Bolqar çətiri” adını alan silahın qulpundakı düymənin köməyi ilə zəhərlənmiş tiyə atılırdı. Londonda bolqar yazıçısı Georgi Markovun qətli bu silahın tətbiqinin ən məşhur hadisəsi oldu. Xüsusi agent tiyəni Markovun ayağına batırıblar. Yazıçı zəhərlənmədən üç gün sonra ölüb.

MİQ-105

Kosmik təyyarələrin yaradılması ideyası bizim günlərdə daha məşhur olsa da, hələ “soyuq müharibə” zamanı hər iki tərəf kosmosu daha əvvəl hərbiləşdirməyə çalışmaq üçün bu cür aparatların yaradılması üzərində təcrübə aparırdı.

Birləşmiş Ştatlar X-20 “Dyna-soar”ın sınaqlarını keçirdiyi bir vaxtda, SSRİ-də eksperimental idarə edilən orbital təyyarə MİQ-105 hazırlanmışdı. Layihə bahalı olduğu üçün sonradan ondan imtina edildi.

“Köpək balığı” sualtı gəmisi

Məhz “soyuq müharibə”nin sonunda SSRİ-də dünyada ən böyük “Köpək balığı” (NATO təsnifatı üzrə “Tufan”) inşa edilmişdi. Baxmayaraq ki, “Köpək balığı” Amerikanın “Ohayo” sinfindən olan sualtı gəmidən daha az raket daşıyırdı (24 “Traydent” raketinə qarşı 20 “Bulava” raketi), sovet raketləri daha güclü idi.

1976-cı ildə istehsalı başlanan “Köpək balığı”nın analoqları hazırda mövcud deyil. Onun uzunluğu - 175 metr (futbol meydanının uzunluğu 105 metr, dünyada ən böyük təyyarə olan AN-225-in uzunluğu 84 metr), eni 23 metr (təxminən 8 mərtəbəli binanın hündürlüyünə bərabərdir) idi. 20 ballistik raketdən başqa, “Köpək balığı” həmçinin altı torpeda aparatı ilə silahlı idi. İki nüvə reaktoru nəhəng sualtı gəmini hərəkətə gətirirdi.

“Suxoy” T-4

1960-cı illərdə çoxfunksiyalı bombardmançılar nüvə döyüş başlıqlarının təyinat yerinə çatdırılmasının mükəmməl vasitəsi hesab edirdi. Birləşmiş Ştatlar XB-70 “Valkyrie”ni hazırlamağa başlamışdı.

SSRİ cavab olaraq T-4 bombardmançının hazırlaması üzərində işə başlayır. T-4-də və XB-70-də oxşar konstruktiv xüsusiyyətlər var idi. Amma “Suxoy” T-4 demək olar ki, tamamilə titan və paslanmayan poladdan hazırlanmışdı.

Aeroxizəklər

İqlim şərtlərinin ağır olması ilə əlaqədar olaraq (uzun və soyuq qış ayları) SSRİ-də ikinci dünya müharibəsi illərində xüsusi nəqliyyat vasitələrinin hazırlanması üzərində iş gedirdi.

Ən qeyri-adi və effektiv nəqliyyat vasitələrindən biri aeroxizəklər idi. Aeroxizəklər qarın üzərində 25-140 km/saat sürətlə hərəkət edirdi. NKL-26 pulemyotları ilə təchiz edilən aeroxizəklər SSRİ-Finlandiya müharibəsində geniş istifadə olunurdu.

Ömər Dağlı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qəzza zolağından İsrail tərəfə raket atılıb

27 İyun 2017 00:37

Qətərin xarici işlər naziri ABŞ-a səfər edəcək

27 İyun 2017 00:31

Nigeriyada silsilə partlayışlar - 16 ölü, 13 yaralı

27 İyun 2017 00:23

Astroloji proqnoz - 27 iyun

27 İyun 2017 00:08

Qətərin xarici işlər naziri ABŞ-a gedir

27 İyun 2017 00:08

Günün qoroskopu:bütün problemlər həllolunandır

27 İyun 2017 00:05

FİFA Rusiya millisi barədə araşdırmaya başlayıb

26 İyun 2017 23:57

Məşhur aktrisa: "Rejissor soyunmağımı istədi, mən də..." - FOTO

26 İyun 2017 23:57

"Putinin fanatıyam" -

26 İyun 2017 23:57

Bayram süfrələrimizin şahı: Turşu-qovurmalı plov - RESEPT

26 İyun 2017 23:52

İtaliya polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

26 İyun 2017 23:52

183-dən 65-ə düşdü - FOTO

26 İyun 2017 23:52

Gənc oğlanın cəsədi iş yerinin yaxınlığında tapıldı

26 İyun 2017 23:48

Günəş və ya piqment ləkələrinin çarəsi

26 İyun 2017 23:47

"Real"ın baş məşqçisi olmaq istəyirəm"

26 İyun 2017 23:47

Alimlərdən yeni ixtira - robot kuryerlər

26 İyun 2017 23:47

Övladı imtahana hazırlaşan valideynlər, MÜTLƏQ OXUYUN

26 İyun 2017 23:42

Mbappenin məvacibi 9 dəfəyə qədər artırılacaq

26 İyun 2017 23:42

Azərbaycan bayrağı ayaq altına sərilən xalçada əks olunub -

26 İyun 2017 23:41

Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT

26 İyun 2017 23:37

İngilis futbolçuya 200 milyon funt qiymət qoyulub

26 İyun 2017 23:37

Dənizə ataraq intihara cəhd edib - Bakıda

26 İyun 2017 23:32

"Stress çarxı"ndan sonra daha bir TƏHLÜKƏLİ OYUNCAQ - FOTO

26 İyun 2017 23:32

1300 uşağı olan poçtalyon

26 İyun 2017 23:28

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

26 İyun 2017 23:24

Köhnə və yeni sevgililəri bənzər olan məşhurlar - FOTO

26 İyun 2017 23:22

Çəhrayının 50 çaları moda ikonalarının obrazlarında - FOTO

26 İyun 2017 23:22

"Akasiya durağı"nın balaca ulduzunun inanılmaz dəyişimi - FOTO

26 İyun 2017 23:17

Dənizdə intihara cəhd

26 İyun 2017 23:14

Lavrov və Tillerson arasında telefon danışığı olub

26 İyun 2017 23:12

Şəkərli diabet xəstələri üçün MÜJDƏ

26 İyun 2017 23:05

Kirayə ev axtaran gənc pakistanlı bir gecədə fenomen oldu - FOTOLAR

26 İyun 2017 23:03

Hamilələr adam öldürə bilər - Yeni qanun

26 İyun 2017 22:57

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

26 İyun 2017 22:57

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 22:57

Pakistanda baş verən yanğında ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 22:53

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:47

Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTO

26 İyun 2017 22:47

Öndə komandirlər gedirdi...

26 İyun 2017 22:37

Çimərlik geyimi açıldı - sevgilisi xəbərdarlıq etdi - FOTO

26 İyun 2017 22:32

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib -

26 İyun 2017 22:28

Astara sakini narkotik vasitənin təsirindən ölüb

26 İyun 2017 22:27

Yayın sırğa dəbi: Qulaqlarınız diqqət mərkəzində olacaq - FOTO

26 İyun 2017 22:27

Dünyanın ən QƏRİBƏ TEATRI: burada aktyorlar pişiklərdir

26 İyun 2017 22:22

Azərbaycan bayrağı ayaq altına sərilən xalçaya əks olunub - Dövlət atributuna hörmətsizlik? - VİDEO

26 İyun 2017 22:22

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

26 İyun 2017 22:12

Mobil telefon bazarında durğunluq yaşanır - VİDEO

26 İyun 2017 22:12

Messi 30 yaşını belə qeyd etdi

26 İyun 2017 22:09

Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək

26 İyun 2017 22:05

Kombi və radiatorlar ucuzlaşdı - VİDEO

26 İyun 2017 21:57