Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı

Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı

Tağı Əhmədovun xanımı: "Onu görəndə elə bildim, Koroğludu" - VİDEO (10 Mart 2017 10:19)

Tarix: 10 Noyabr 2016 11:09

 

 

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.

 

Lent.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, T. Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.

 

Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.

 

İddia ərizəsi məhkəməyə daxil olub.

 

Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.

 

 


Teqlər:  Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı



RƏYLƏR


Top xəbərlər