Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukraynalı diversantlar qrupu tutuldu

Ukraynalı diversantlar qrupu tutuldu

Date: 10 November 2016 11:17

Sevastopol şəhərində Ukraynanın Müdafiə Nazirliyinin diversiya-terrorçu qrupu zərərsizləşdirilib. Bu qrup Krımdakı hərbi obyektlərə hücumlar hazırlayırdı.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti belə bəyanat yayıb. Bəyanatda bildirilir ki, qrup üzvlərində böyük dağıdıcı gücə malik partladıcı qurğular, silah, sursat, xüsusi rabitə vasitələri, habelə hücum ediləcək obyektlərin xəritə-sxemləri aşkarlanıb.

Operativ-axtarış tədbirləri davam edir.

Milli.Az


Tags:  Ukraynalı diversantlar qrupu tutuldu

RƏYLƏR


Top news