Nazir: "Erməni işğalını hər gün hiss edirik"

Nazir: "Erməni işğalını hər gün hiss edirik"
11:17 10 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qarabağdakı işğalını biz təkcə torpaqların itirilməsi ilə hiss etmirik. Biz hər gün - beynəlxalq tədbirlərdə, internet məkanında, mətbuatda, mətbəxdə, kinolarda bu işğalın şahidi oluruq. Elə ay, elə il olmur ki, qonşularımız bizim hansısa mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Qarabağ: tarix və irs" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, Azərbaycan tərəfi ermənilərin bu iddialarının qarşısını almağa çalışır: "Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətlərin UNESCO siyahısına daxil olmasına nail olub. Bu gün tar, aşıq musiqisi, xalçamız qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR