Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldo hansı məşqçiyə səs verəcək?

Ronaldo hansı məşqçiyə səs verəcək?

Date: 10 November 2016 11:22

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştianu Ronaldo FİFA-nın ilin ən yaxşı məşqçisi mükafatında kimə səs verəcəyini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yığmadakı baş məşqçisi Fernandu Santuşu bu ilin ən yaxşı məşqçisi hesab edib:

"Həm Santuş, həm də Zidan bu il yaxşı işlər gördülər. Mənə seçim etmək çətin olacaq. Amma millinin kapitanı kimi Fernandu Santuşa səsimi verəcəm. Fikrimcə, Portuqaliya üçün "Avro-2016"nın qalibi olmaq çətin idi. Zidan "Real"la Çempionlar Liqasının kubokunu qazandı. Ancaq Portuqaliya indiyə kimi bu cür turnirlərdə qalib olmamışdı. Hər iki məşqçi ilə yaxşı münasibətim var. Mənim yerimdə kim olsaydı, bu qərarı verərdi".

Milli.Az


Tags:  Ronaldo hansı məşqçiyə səs verəcək


RƏYLƏR


Top news