Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Direktor dünyasını dəyişdi

Direktor dünyasını dəyişdi

Date: 10 November 2016 11:27

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova dünyasını dəyişib.

Milli.Az bildirir ki, T.Şərifovanın yaxınlarının publika.az-a verdiyi məlumata görə, o, uzun müddət davam edən xəstəlikdən sonra dünən dünyasını dəyişib: "Təranə Şərifova uzun müddət böyrək xəstəliyindən əziyyət çəkib və dializ qəbul edirdi.

Ürəyində də problemlər olub. Dəfələrlə xaricdə müayinə olsa da, böyrəyinin fəaliyyətini bərpa etmək mümkün olmayıb. Son günlər vəziyyəti daha da ağırlaşıb".

Qeyd edək ki, T.Şərifovanın noyabrın 6-da 56 yaşı tamam olub.

Milli.Az


Tags:  Direktor dünyasını dəyişdi

RƏYLƏR


Top news