Sevastopolda Ukrayna diversiya qrupu tutuldu

Sevastopolda Ukrayna diversiya qrupu tutuldu
11:28 10 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Sevastopolda Krımın hərbi obyektlərinə hücumlar hazırlayan Ukrayna Müdafiə Nazirliyinin diversiya-terror qrupu saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən “RİA-Novosti” agentliyi bildirir.

Məlumata görə, qrup üzvlərindən böyük miqdarda partlayıcı qurğular, silah və döyüş sursatları, xüsusi rabitə vasitələri, həmçinin hücum edilməsi planlaşdırılan obyektlərinin xəritələri götürülüb.

Federal Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, operativ-axtarış tədbirləri və istintaq hərəkətləri davam edir.

Qeyd edək ki, bu, Krımda Ukrayna diversantlarının saxlanıldığı ilk hadisə deyil. Federal Təhlükəsizlik Xidməti avqustun 10-da Krımda Ukrayna hərbi kəşfiyyatının agentura şəbəkəsi ifşa edildiyini açıqlayıb. Kiyev isə bildirdi ki, şəbəkənin Ukrayna hərbi kəşfiyyatı ilə heç bir bağlılığı yoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR