Bred Pitt Ancelina Colidən sonra o qədər arıqlayıb ki... - fotolar

Bred Pitt Ancelina Colidən sonra o qədər arıqlayıb ki... - fotolar
11:41 10 Noyabr 2016
197 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Bred Pitt Ancelina Coliylə boşanma xəbərləri yayıldıqdan sonra uzun müddət kameralardan uzaq qalmağa çalışır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, artıq bir neçə gündür ki, Bred tədbirlərdə görünür. Bu dəfə isə  o, çəkildiyi "Mütəffiqlər" ("Allied") filminin Hollivud premyerasına qatılıb.

52 yaşlı Bred  filmin ilk qala gecəsinə qatılmadığı üçün söz-söhbətə səbəb olmuşdu. Bu səbəbdən o, növbəti mərasimlərdə görünmək məcburiyyətində qalıb. Ulduzun fanatları onunla foto çəkdirmək və imzasını almaq üçün növbəyə durublar. Bredin bu dərəcədə arıqlaması hər kəsi təəccübləndirib.

B.Pitt bu dəstəyin onun üşün çox vacib olduğunu bildirərək təşəkkür edib. Aktyor filmdə tərəf müqabili olan Marion Kotiyyarla birgə kamera qarşısına da keçib. Bred və Ancelinanın ayrılmasında rolu olduğu deyilən aktrisa aktyorla səmimi pozlar verib.

Xatırladaq ki, Qərb mediası Bredin Coliyə M.Kotiyyarla xəyanət etdiyini yazmışdılar. Lakin Qiyom Kane ilə ailəli olan aktrisa ikinci uşağına hamilədir. O, yayılan şayiələri əsassız adlandırmışdı.









Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR