Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş baş direktor: "Şahidin mənimlə düşmənçiliyi var"

Keçmiş baş direktor: "Şahidin mənimlə düşmənçiliyi var"

Date: 10 November 2016 11:59

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmişlər gəlməyib. Hakim bildirib ki, iş üzrə olan iki zərərçəkmişlə əlaqə saxlayıb və həmin zərərçəkmişlərin növbəti prosesdə iştirak etməsi təmin olunacaq. Əfqan Hacıyev bildirib ki, iş üzrə şahid olan Məlahət Ağasıyevanın ərizəsi məhkəməyə daxil olub. O ərizəsində istintaqa verdiyi ifadəsini təsdiqləyib. Qeyd edib ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində həkim işləyib. Onun bildirdiyinə görə, poliüretanların tərkibində zəhərli maddə olması müəyyən edilib və bu da zəhərlənməyə səbəb olub.

 

Hakim daha sonra şahid Məlahət Ağasıyevanın ifadəsini elan edib. O ifadəsində işlədiyi dövrdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyovn əleyhinə ifadə verib, onunla düşmənçiliyi olub. Təqsirləndirilən Akif Əlibəyov bildirib ki, Məlahət Ağasıyeva ona böhtan atır. Bildirib ki, Məlahət Ağasıyeva işdən töhmətlə kənarlaşdırılıb. Buna görə də Nizami rayon məhkəməsinə müraciət edib və onun iddiası təmin edilməyib. Bu keçmiş işçim mənimlə düşmənçilik edir.

 

Daha sonra Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O 21 nəfərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Bildirib ki, həmin şahidlərdən biri Arif Əliyev “Qlobal Stone” MMC-nin işçisi olub: "MTN rəhbərliyi bu işçi vasitəsi ilə Miryusiflə bağlantı qurub və pul tələb edib. Xahiş edirik ki, vəsatətimizdə olan bu və digər şahidlərin məhkəmədə dindirilməsini təmin edəsiz". Hakim vəsatəti növbəti prosesdə müzakirə ediləcək. Proses noyabrın 15-də davam edəcək.

 

 

Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.


Tags:  Keçmiş baş direktor Şahidin mənimlə düşmənçiliyi var


RƏYLƏR


Top news