“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda konfrans keçirilib

“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda konfrans keçirilib
12:02 10 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ölkənin 25 ildə əldə etdiyi uğurlardan biri də vətənpərvər gənclərin yetişməsidir: "Azərbaycanın bundan sonrakı inkişafı gənclərin əlindədir. Biz inanırıq ki, gənclər bunun öhdəsindən layiqincə gələcəklər. Azərbaycan gənci dünya elminə yiyələnməlidir, mənimsəməlidir və onu Azərbaycanda tətbiq etməlidir. Dövlətin verdiyi dəstək onu göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır”.
Gənclər və idman naziri Azad Rəhimov gənclər və idman sahəsində 25 ildə əldə olunan uğurlardan bəhs edib. Nazir vurğulayıb ki, ölkə əhalisinin 27 faizini gənclər təşkil edir: "Gənclər ölkədə cərəyan edən bütün proseslərin birbaşa iştirakçıları kimi çıxış etməyə qadirdir. Bu gün ölkədə gənclərə göstərilən diqqət göz qabağındadır. Bu günə qədər gənc idmançılarımız yarışlarda ümumilikdə 8 560 medal qazanıb. Bu da dövlətin idman sahəsinə olan diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan son illərdə bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib və öz gücünü layiqli şəkildə göstərə bilər".
Konfransda həmçinin gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi istiqamətində görülən işlər barədə danışılıb.









Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/genclik-ve-dovlet-musteqilliyi-geleceye-baxis-movzusunda-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR