Qırğızıstanın prezidenti DİN-in mərkəzi aparatının ixtisar edildiyini bildirib

Qırğızıstanın prezidenti DİN-in mərkəzi aparatının ixtisar edildiyini bildirib
12:02 10 Noyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin hüquq-mühafizə orqanlarında planlaşdırılan islahatlar çərçivəsində Daxili İşlər Nazirliyinin mərkəzi aparatında xeyli ixtisar olacağını istisna etməyib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qırğızıstan prezidenti mətbuat xidmətindən verilən məlumata görə, A.Atambayev cümə axşamı respublikanın cənubunda yerləşən Batken vilayətinə işgüzar səfəri çərçivəsində Batkən şəhərində xüsusi təyinatlı alayının yeni binasının açılış mərasimində iştirak edib. Prezident ölkənin hüquq-mühafizə orqanlarında, o cümlədən milisdə hərtərəfli islahatların aparılmasının planlaşdırıldığını qeyd edib.
"Ola bilsin, bunun üçün digər tədbirlərlə yanaşı, Silahlı Qüvvələrinin Baş Qərargahında olduğu kimi, DİN-in mərkəzi aparatının ixtisar edilməsi zəruridir... Son illər ərzində milislərin maaşlarını dəfələrlə artırmağa nail olmuşuq, onları mənzillərlə təmin edirik və belə obyektlər tikirik. Ölkədə asayişin qorunmasını, təhlükəsizliyin təmin edilməsini istəyiriksə, milisimizin qayğısına qalmalı, güc strukturlarına lazımi diqqət ayırmalıyıq. Bu iş mütləq davam etməlidir", - deyə A.Atambayev açılış mərasimində çıxışı zamanı bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qirgizistanin-prezidenti-di-n-in-merkezi-aparatinin-ixtisar-edildiyini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR