"Alfa Sığorta"nın icbari sığorta portfeli İSB-yə ötürülür

"Alfa Sığorta"nın icbari sığorta portfeli İSB-yə ötürülür
12:02 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Alfa Sığorta" ASC-nin icbari sığorta müqavilələri "İcbari sığortalar haqqında" qanunun tələbinə uyğun olaraq tənzimlənmə üçün İcbari Sığorta Bürosuna (İSB) ötürüləcək. Bunu "Report"a Şirkətin Ləğvetmə Komissiyasından bildiriblər.
Məlumata görə, indiyə qədər baş vermiş sığorta hadisələri üzrə ödənişlərin verilməsi və qüvvədə olan müqavilələr üzrə gələcəkdə yarana biləcək öhdəliklərin icrası İSB tərəfindən həyata keçiriləcək.
"Alfa Sığorta"nın könüllü sığorta müqavilələrinə isə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsi qərara alınıb. 
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Alfa Sığorta"nın lisenziyasını avqustun 26-da ləğv edib. Buna səbəb onun 100% səhmdarı olan "Texnikabank" ASC-nin lisenziyasının ləğv olunmasıdır.
Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kredit təşkilatının öhdəliklərini yerinə yetirmək üçün "Alfa Sığorta"nı satmağa qərar versə də, onu almaq istəyən olmayıb. Buna görə də, sığorta şirkətinin lisenziyasının ləğv edilməsinə qərar verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/alfa-sigorta-nin-icbari-sigorta-portfeli-i-sb-ye-oturulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR