Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İt balasının yerinə qoyulan cəsəd: ermənilərin Atatürkə ŞOK İFTİRASI

İt balasının yerinə qoyulan cəsəd: ermənilərin Atatürkə ŞOK İFTİRASI

Date: 10 November 2016 12:03

Ermənilər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə görünməmiş iftira atıblar.

Publika.az
xəbər verir ki, qondarma “erməni soyqırımı” iddialarından əl çəkməyən ermənilər bunu “sübut etmək” üçün ən alçaq yola əl atıblar.

Ermənilər Atatürkün 1924-cü ildə çəkilən fotosunu fotomontajla dəyişdiriblər. Həmin fotoda Atatürkün önündə it balaları var. Ermənilər isə fotomontajla fotodakı it balalarını çıxarıb, yerinə körpə uşaqların cəsədlərini yerləşdiriblər. Daha sonra bu fotonu bütün dünyaya yayıblar.

Türkiyəli vəkil Erdem Akyüz bu fotonun əslini arxivlərdən taparaq ortaya çıxarıb.

Ən maraqlısı isə Atatürkün fotosunun 1915-ci il hadisələrindən 9 il sonra – 1924-cü ildə çəkilməsidir.

Akyüz deyib ki, ermənilər bu fotonu fotomontaj edərək, beynəlxalq qurumlara təqdim etsələr də, sonradan onların yalanları ortaya çıxıb.

Asif



Tags:  balasının yerinə qoyulan cəsəd ermənilərin Atatürkə ŞOK İFTİRASI

RƏYLƏR


Top news