Yeni prezidentin xanımının geyimi təəccübləndirdi - fotolar

Yeni prezidentin xanımının geyimi təəccübləndirdi - fotolar
12:06 10 Noyabr 2016
371 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti seçilən Donald Tramp dünən Nyu-Yorkda seçicilərinin qarşısına çıxıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, media təkcə Trampın çıxışına deyil, xanımı Melaniya Knaussa da diqqət ayırıb. Yeni birinci xanım keçmiş fotomodel olduğu üçün geyimi və görünüşü hər kəsin maraq dairəsində olub.

O, xalq qarşısına libasda və ya kostyumda deyil, kombinezonda çıxıb. Melaniya "Ralph Lauren"dən olan bu geyimə 4 min dollar xərcləyib. Lakin onun bu markanı seçməyi təəccüblü qarşılanıb. Çünki dizayner Ralf Loren Hillari Klintonun kampaniyası çərçivəsində şəxsən onun üçün geyimlər hazırlayırdı.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR