Gənclərin respublika konfransı keçirilir

Gənclərin respublika konfransı keçirilir
12:08 10 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı öz işinə başlayıb.

Publika.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gəncclər və idman naziri Azad Rəhimov, millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, olimpiya çempionları, əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda gənclər və idman siyasəti sahəsində 25 il ərzində əldə olunmuş uğurlar, gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının tətbiq edilməsi və digər məsələlər müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR