Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən xəbərə görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-12- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıqhissi yarada bilər.