“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsi başlayır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsi başlayır
12:44 10 Noyabr 2016
384 Digər
Ölkə mətbuatı
A- A+

 

Noyabrın 12-15-də və 17-20-də 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların 6-cı mərhələsində 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edəcək.

 

APA-nın məlumatına görə, bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edənlərin sayı 10255 nəfər olacaq.

 

Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.

 

Aksiya çərçivəsində ölkə gəncləri Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.

 

Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək gənclər Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər.

 

Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək iştirakçılar Lənkəran rayonunda “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə, Astara rayonunda şəhər bulvarı, “Yanar Bulaq” və “Astaraçay” çay fabriki ilə, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.

 

Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən iştirakçılar Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, “Qəbələnd” istirahət mərkəzi, “Beltmann” piano zavodu, “Tufandağ” xizəkçilik kompleksi və Qəbələ konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ tarix-mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiyalar edəcəklər. Tur çərçivəsində qonaqlar Şəki Dövlət tarix-memarlıq qoruğu, Şəki xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə ekskursiya edəcəklər. Zaqatala rayonunda Zaqatala tarixi-mədəniyyət qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaq, fındıq emalı müəssisəsinə baxış keçirəcəklər.

 

Quba-Qusar-Xaçmaz istiqamətində səfər edən iştirakçılar Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.

 

Bu tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunları təşkil ediləcək, qaliblərə xatirə hədiyyələri təqdim olunacaq. Tədbir çərçivəsində iştirakçılar tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac əkiləcək.

 

Xatırladaq ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.  Ötən müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 5 tur-aksiya təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda mənzildə kişi cəsədi tapıldı

30 Aprel 2017 18:58

Türkiyəli məşhur müğənni Bakıda - FOTO

30 Aprel 2017 18:57

Bakıda mənzildən MEYİT TAPILDI

30 Aprel 2017 18:52

Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

30 Aprel 2017 18:52

Daha bir uşaq binadan yıxıldı

30 Aprel 2017 18:52

İslamiada: Futbol millimizin yekun heyəti açıqlandı

30 Aprel 2017 18:49

Yevlaxda silah qumbarası tapıldı

30 Aprel 2017 18:47

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 18:43

Hikmət Hacıyev: Bakı marafonu həmrəyliyin nümunəsi oldu

30 Aprel 2017 18:43

Marina Le Pen: "Fransa avrodan imtina etməlidir"

30 Aprel 2017 18:42

Çingiz 100 avtomobildən ibarət kortejlə həbsxanaya aparıldı

30 Aprel 2017 18:37

Belaruslu gimnastlar: Bakı bizə bol təəssürat bağışladı

30 Aprel 2017 18:36

Amerikaya turist vizasını necə almaq olar?

30 Aprel 2017 18:36

Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA

30 Aprel 2017 18:32

Yevlaxda silah qumbarası tapılıb

30 Aprel 2017 18:29

Qadın həbsxanasında seksual cinayətlərin ŞOK FAKTLARI

30 Aprel 2017 18:28

Neymar dünyanın ən bahalı futbolçusu ola bilər

30 Aprel 2017 18:19

Bali adasının ən gözəl çimərlikləri - FOTOLAR

30 Aprel 2017 18:18

Aleyna Tilki estetik əməliyyatdan sonra - FOTO

30 Aprel 2017 18:12

"Atletico" 60 illik nəticəsini təkrarladı

30 Aprel 2017 18:12

Neymar bombası "partlayır"

30 Aprel 2017 18:11

Naringinin insanlara xeyri

30 Aprel 2017 18:08

Azərbaycanda nə qədər tələbə var?

30 Aprel 2017 18:05

“Qəbələ” rekordu təkrarladı

30 Aprel 2017 18:04

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 18:03

Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

30 Aprel 2017 18:02

Cocuq Mərcanlıda gün ərzində 1 867 qəlpə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

30 Aprel 2017 18:01

14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla

30 Aprel 2017 17:59

Facebook-un gəlirləri AÇIQLANDI

30 Aprel 2017 17:57

Pitbul küçədə oynayan uşağı parçaladı - VİDEO

30 Aprel 2017 17:53

AFFA-nın baş katibi: "Prosineçkinin mövsümlərarası fasilədə xarici kluba keçmək ehtimalı yoxdur"

30 Aprel 2017 17:52

Tarixində 52-ci dəfə ölkə çempionu oldu

30 Aprel 2017 17:52

Şəhriyar Məmmədyarov ən güclü oldu

30 Aprel 2017 17:44

Anaları kimi ağlayırlar

30 Aprel 2017 17:44

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 17:43

Azərbaycan şou-biznesi İnstagramda - FOTO

30 Aprel 2017 17:37

Rusiyanın plus-size modeli ən yaxşılar sıyahısına düşdü

30 Aprel 2017 17:33

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:32

Ukrayna yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda

30 Aprel 2017 17:31

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - RƏSMİ MƏLUMAT

30 Aprel 2017 17:23

4 nəfər güllələndi - Dəhşətli hadisə

30 Aprel 2017 17:22

"Latsio" "Roma"nı səfərdə məğlub edib

30 Aprel 2017 17:22

Piyada zolaqları ilə bağlı VACİB YENİLİK

30 Aprel 2017 17:19

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:16

Səfir: Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar

30 Aprel 2017 17:15

"Qəbələ"nin sabiq futbolçusu mükafatlandırıldı - Rəqibi xilas edib

30 Aprel 2017 17:12

Belarus gimnastı: "Bakıda belə ab-havada çıxış etmək çox xoşuma gəldi"

30 Aprel 2017 17:08

Şabranın ən ağır seyidi haqqında bilinməyənlər: Lal qızın dilini necə açdı?

30 Aprel 2017 17:08

Mətanətin keçmiş toyunun görüntüləri yayıldı

30 Aprel 2017 17:08

Xamneyidən SƏRT AÇIQLAMA: "Müharibə təhlükəsini..."

30 Aprel 2017 17:05