Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Temperatur 21 dərəcəyə qalxacaq - SABAH

Temperatur 21 dərəcəyə qalxacaq - SABAH

Date: 10 November 2016 12:54

 

 

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 16-18° isti olacaq. 

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 13-18° isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 


Tags:  Temperatur 21 dərəcəyə qalxacaq SABAH


RƏYLƏR


Top news