Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama Klintonu xilas etmək istəyir - FOTO

Obama Klintonu xilas etmək istəyir - FOTO

Date: 10 November 2016 12:57

ABŞ prezidenti Barak Obama ümid edir ki, prezident seçkilərində qalib gəlmiş Donald Tramp məhkəmə sistemindən seçkilərdəki rəqibi Hillari Klintondan qisas almaq üçün istifadə etməyəcək.

Milli.Az Reuters-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Coşua Ernest keçirdiyi brifinqdə belə deyib.

"Ölkəmizdə çoxdan mövcud olan ənənəyə görə, hakimiyyətdəki insanlar məhkəmə sistemindən siyasi qisas üçün istifadə etmirlər. Ümid edirəm ki, yenə belə olacaq", - Ernst söyləyib.

Oktyabrın əvvəllərində keçirilmiş debatlardan birində demişdi ki, prezident seçkilərində qalib gələrsə, Hillari Klintonun yol verdiyi qanun pozuntularının araşdırılması üçün xüsusi prokuror təyin edəcək.

Bundan başqa, D.Tramp dəfələrlə bəyan edib ki, Hillari Klintonun yeri həbsxanadır.

Milli.Az





Tags:  Obama Klintonu xilas etmək istəyir FOTO


RƏYLƏR


Top news