Əli Həsənov: “Azərbaycanla ABŞ arasında əməkdaşlıq bundan sonra da davam edəcək”

Əli Həsənov: “Azərbaycanla ABŞ arasında əməkdaşlıq bundan sonra da davam edəcək”
12:57 10 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT/ “Donald Trampın Amerikanın prezidenti seçilməsi xalqının seçimidir. Dünya birliyi kimi Azərbaycan da bu seçimə hörmətlə yanaşır. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bundan sonra da davam edəcək”.
“Report”un xəbərinə görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dan gözləntisi Dağlıq Qarabağla bağlıdır: “Düşünürük ki, ABŞ ATƏT-in Minsk Qrupundakı fəalliyətini aktivləşdirəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/eli-hesenov-azerbaycanla-abs-arasinda-emekdasliq-bundan-sonra-da-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR