Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan-İran əczaçılıq zavodunun təməli qoyulacaq

Azərbaycan-İran əczaçılıq zavodunun təməli qoyulacaq

Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib (24 Fevral 2017 14:52)
Səfir: "İran və Azərbaycan arasında heç bir siyasi problem yoxdur" (09 Fevral 2017 17:47)

Tarix: 10 Noyabr 2016 12:57

Bakı. 10 noyabr. REPORT.AZ/ "İki həftədən sonra Bakıda Azərbaycan-İran əczaçılıq zavodunun təməlqoyma mərasimi keçiriləcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlama verən İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə bildirib. 
Səfir həmçinin qeyd edib ki, yaxın zamanlarda Azərbaycanda müştərək xəstəxananın tikintisinə də başlanılacaq: "İki ölkə arasında bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsi zaman tələb edir. Biz Ümid edirik ki, birgə həyata keçirilən layihələr iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq".

Teqlər:  Azərbaycan-İran əczaçılıq zavodunun təməli qoyulacaq



RƏYLƏR


Top xəbərlər