Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tbilisi yaxınlığında NATO-Gürcüstan təlimləri başlayıb

Tbilisi yaxınlığında NATO-Gürcüstan təlimləri başlayıb

Date: 10 November 2016 13:07

Bakı. 10 noyabr. REPORT.AZ/ Tbilisi yaxınlığındakı NATO və Gürcüstan birgə məşq və qiymətləndirilmə mərkəzinin (JTEC) ərazisində yerləşən "Vaziani" bazasında "NATO-Gürcüstan 2016" təlimləri başlayıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Genişmiqyaslı təlimlərdə 12 NATO üzvü və iki tərəfdaş ölkə iştirak edəcək. Təlimlərə 250 hərbçi cəlb edilib. Birgə təlimlərin əsas məqsədi Gürcüstan və NATO-nun silahlı qüvvələrinin birgə fəaliyyətidir", - Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da əlavə ediblər ki, "NATO-Gürcüstan 2016" təlimləri mövcud NATO-Gürcüstan Tədbirlər Paketi (SNGP) çərçivəsində keçirilən sayca ikinci təlimdir.
Təlimlər noyabrın 20-dək davam edəcək.


Tags:  Tbilisi yaxınlığında NATO-Gürcüstan təlimləri başlayıb


RƏYLƏR


Top news